Bank Of Baku

Sumqayıtdan Türkiyəyə daha 7 modul ev və digər yardımlar yola salınır - FOTO

Sumqayıtdan Türkiyəyə daha 7 modul ev və digər yardımlar yola salınır - FOTO
# 20 fevral 2023 14:57 (UTC +04:00)

Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Sumqayıt şəhərində həyata keçirilən humanitar yardım kampaniyası davam edir.

APA-nın yerli bürosu xəbər verir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış, hər birində 8-10 nəfərin müvəqqəti yaşaması üçün nəzərdə tutulan 22 ədəd modul tipli evlərin Türkiyəyə göndərilməsi nəzərdə tutulub.

Ötən həftə bu modul evlərdən 8 ədədi və 405 min Azn dəyərində olan yardım göndərilib.

Bu gün isə növbəti 7 ədəd modul ev, 6 kabinəli sanitar qovşaq və 316 min Azn dəyərində olan humanitar yardım yola salınır.

Sumqayıt şəhər İcra Hakimiyyətindən bildirilib ki, qarşıdakı günlərdə də növbəti 6 ədəd modul tipli konteyner evlər və humanitar yardım yola salınacaq. O da vurğulanıb ki, modul tipli evlər boş deyil, humanitar yardımla doldurularaq göndərilir.

Qeyd edilib ki, Sumqayıt şəhəri ölkəmizdə həyata keçirilən humanitar yardım kampaniyasında fəal iştirak edir. Şəhərin müxtəlif yerlərində yardımların toplanması üçün məntəqələr yaradılıb.

Zəlzələ baş verən ilk gündən Sumqayıtlılar yardım toplama məntəqəsinə axın edirlər. Burada yataq dəstləri, isti paltarlar, uşaq bezləri, təmizlik ləvazimatları, konservləşdirilmiş qidalar, zəruri quru ərzaqlar, tibbi ləvazimatlar, eləcə də digər zəruri yardımlar təyin olunmuş məntəqələrdə çeşidlənib və qablaşdırılır.

Əli Əliyev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR