Şuşa qalasının İrəvan qapısının qalıqları - FOTOLENT

Şuşa qalasının İrəvan qapısının qalıqları - FOTOLENT
# 06 yanvar 2023 18:35 (UTC +04:00)

1905, 1920 və 1992-ci illərdə ermənilərin hücumu nəticəsində Şuşa şəhəri irimiqyaslı dağıntılara məruz qalıb.

APA xəbər verir ki, Şuşanın erməni təcavüzündən nəsibini alan memarlıq inciləri arasında Şuşa qalası da var.

Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən 1752-ci ildə Şuşa şəhəri salınarkən şəhərin ətrafında qala divarı da inşa olunub. Şuşa qalasının üç əsas qapıya malik olduğu məlumdur - Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin, onların adı Şuşanın XIX əsrdə hazırlanmış Baş planlarında qeyd edilir.

Hazırda qalanın ancaq Gəncə qapısı salamat qalıb, Ağoğlan və İrəvan qapıları isə qala divarları ilə birlikdə dağıdılıb.

İrəvan qapısı Şuşa qalasının üç əsas qapısından biri olmaqla, qalanın qərb istiqamətində yerləşib. İrəvan qapısı həm də Xəlfəli qapısı adlandırılırdı. Xatırladaq ki, Şuşa rayonunun eyni adlı kəndi də var, həmin qapı Xəlfəli kəndi istiqamətinə açılırdı. Bu qapıdan çıxan yol Şuşa şəhərini Xəlfəli kəndi və İrəvan şəhəri ilə birləşdirirdi.

İrəvan qapısı bir vaxtlar Qərbi Azərbaycandan (hazırda Ermənistan adlanan qədim Azərbaycan torpaqlarından) gələn ali qonaqların keçidi və yük daşınması üçün inşa olunmuşdu.

APA-nın Şuşaya ezam olunmuş əməkdaşları İrəvan qapısının, eləcə də Şuşa qalasının qərb səmtinin qalıqlarının son görüntülərini lentə alıb. Qala divarları və tavanı qaya daşları ilə hörülmüş tikilinin qalıqları bu günədək durur. Eyni zamanda qala divarlarının içəri hissəsində dörd istiqamətə keçidi olan tunelin qalıqları var.

Bütövlükdə isə qalanın qərbə doğru uzanan divarları dağılıb, yararsız hala düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR