Şuşada tikilən yaşayış massivlərinin sayı açıqlanıb.
APA-nın xəbərinə görə, bu barədə bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov məlumat verib.
Məftun Abbasov bildirib ki, Şuşada 7 yaşayış massivi tikilir: “Şuşada 7 yaşayış massivinin, məscid və digər obyektlərinin tikintisi davam edir”.
Yeni otellərin tikildiyini nəzərə çatdıran Məftun Abbasov Dünya Azərbaycanlılarının VI Qurultayının da Şuşada keçirilməsini xahiş edib və həmin dövrə qədər Şuşada çoxsaylı tədbir iştirakçılarının yerləşdirilməsi üçün hər hansı çətinliyin olmayacağını vurğulayıb.