Bank Of Baku

Tayvanda 8 hərbçi Çinə casusluq ittihamı ilə azadlıqdan məhrum edilib

Tayvanda 8 hərbçi Çinə casusluq ittihamı ilə azadlıqdan məhrum edilib
# 24 avqust 2024 06:57 (UTC +04:00)

Tayvanda Çin üçün casusluq şəbəkəsi yaratmaqda ittiham olunan ehtiyatda olan zabit Çen Yu-hsin barəsində başlanan məhkəmə istintaqından sonra açılan iş yekunlaşıb.

APA xəbər verir ki, bu haqda CNA televiziyası məlumat yayıb.

Tayvan Ali Məhkəməsi 2023-cü ilin noyabrında açılan iş üzrə mühakimə olunan 10 əsgərdən 8-ni 18 aydan 13 ilə qədər həbs cəzasına məhkum edib.

Məlumatda 2022-ci ildə Çin üçün casus şəbəkəsi qurmağa cəhd etməkdə şübhəli bilinən Çen haqqında başladılan istintaqda müttəhimin daha iki ehtiyatda olan zabiti ona kömək etməyə razı saldığı, 5 zabitin rüşvət müqabilində hərbi sirləri sızdırdığı qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR