"Məktəblərdə qiymətləndirmə konsepsiyasına yenidən baxırıq. Ola bilsin hansısa qiymətləndirmə azaldılsın, daha az sayda mərkəzləşdirilmiş imtahanlar olsun".
APA-nın məlumatına görə, bunu "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov bildirib. Onun sözlərinə görə, növbəti illərdə kurrikulum daha da sadələşdiriləcək.