Təhsildən yayınma, uşaqlar və erkən nikahla bağlı monitorinqlərin sayı açıqlanıb

Təhsildən yayınma, uşaqlar və erkən nikahla bağlı monitorinqlərin sayı açıqlanıb
# 20 may 2024 15:02 (UTC +04:00)

Təhsildən yayınma ilə bağlı 68 ailəyə, qəyyumluğa və himayəyə verilmiş uşaqlarla bağlı 56 ailəyə, erkən nikah faktları ilə bağlı 27 ailəyə, 16 yaşında ana olmuş qızlarla bağlı 12 ailəyə monitorinq səfərləri edilib.

APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.

Ümumilikdə 32399 nəfər Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyətindən bəhrələnib. 2022‐ci illə müqayisədə bu rəqəm 11% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR