Bank Of Baku

Terrorçuluqla əlaqədar fiziki şəxsin və qurumun ölkədaxili siyahıdan çıxarılması qaydası müəyyənləşir

Terrorçuluqla əlaqədar fiziki şəxsin və qurumun ölkədaxili siyahıdan çıxarılması qaydası müəyyənləşir
# 16 dekabr 2022 13:48 (UTC +04:00)

Terrorçuluqla əlaqədar fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıdan çıxarılması qaydası müəyyənləşir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləyə təklif olunan yeni - LX fəsildə (Terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların ölkədaxili siyahıya daxil edilməsi üzrə icraat) əksini tapıb.

Layihəyə əsasən, ölkədaxili siyahıya daxil edilmə üçün əsaslar aradan qalxdıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdimatı və ya siyahıya daxil edilmiş fiziki şəxsin və ya qurumun, habelə həmin fiziki şəxsin və ya qurumun siyahıya daxil edilməsi nəticəsində hüquq və qanuni mənafelərinin pozulduğunu iddia edən maraqlı şəxsin müraciəti əsasında ölkədaxili siyahıya daxil edilmə barədə qərarı qəbul etmiş müvafiq məhkəmənin qərarı ilə fiziki şəxs və ya qurum ölkədaxili siyahıdan çıxarılır.

Layihəyə əsasən, fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıya daxil edilməsi və ya ölkədaxili siyahıdan çıxarılması barədə təkrar təqdimat və təkrar müraciətlərə baxılması qaydası da müəyyənləşir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR