Bank Of Baku

Tərtərdə beynəlxalq mina xəbərdarlığı günü ilə bağlı tədbir keçirilib - FOTO

Tərtərdə beynəlxalq mina xəbərdarlığı günü ilə bağlı tədbir keçirilib - FOTO
# 04 aprel 2024 14:58 (UTC +04:00)

Tərtərdə 4 Aprel - Beynəlxalq mina xəbərdarlığı və minatəmizləmə fəaliyyətinə yardım Günü ilə bağlı ağacəkmə aksiyası və tədbir keçirilib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuranın üzvləri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun icra etdiyi Azərbaycanın ilk qadın minaaxtaranları layihəsinin əməkdaşları, mina qurbanları və onların ailə üzvlərinin iştirakı ilə Tərtər rayonunda ağacəkmə aksiyası keçirilib.

Tədbirdə çıxış edən BAMF-in prezidenti Umud Mirzəyev Ermənistanın işğalçılıq və terror siyasəti nəticəsində Azərbaycan təbiətinə, bioloji müxtəlifliyə, bütövlükdə ekoloji duruma dəyən ziyandan danışıb. Qeyd olunub ki, tarixi Sultanbud meşəsinin də təbii landşaftı və ağacları Qarabağ müharibəsinin təsiri nəticəsində məhv edilib, ağacəkmə aksiyası dünyada minalarla mübarizə proqramlarına, tarixi Sultanbud meşəsinin bərpasına, eləcə də Azərbaycanın “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfədir.

Aksiyada Sultanbud meşəsinin Tərtər rayonu Buruc kəndi ilə Xoruzlu kənd arasındakı ərazisinə 3300 ədəd ağac əkilib.

Tərtərdə keçirilən tədbirdə BAMF prezidenti və ANAMA yanında İctimai Şuranın sədri Umud Mirzəyev çıxış edərək, dünyada və Azərbaycanda mina təhlükəsindən, onun yaratdığı fəsadlardan danışıb. Daha sonra vətəndaş cəmiyyəti qurumları, minadan zərərçəkənlər və mina qurbanlarının ailə üzvlərinin imzası ilə dünya ictimaiyyətinə ünvanlanan bəyanat səsləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR