Bank Of Baku

TKTA: Ukraynadakı hadisələrə görə bu ölkə üzrə diplomların tanınmasında güzəştlər tətbiq edilib

TKTA: Ukraynadakı hadisələrə görə bu ölkə üzrə diplomların tanınmasında güzəştlər tətbiq edilib
# 20 fevral 2024 12:26 (UTC +04:00)

Daha çox Ukrayna və Rusiyada təhsil alan tələbələr tərəfindən diplomların şərti və qismən tanınmasi üçün müraciətlər daxil olub.

APA xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov deyib.

O bildirib ki, pandemiya dövründə təhsil alan (distant) və Ukraynadakı hadisələrə görə bu ölkə üzrə diplomların tanınmasında güzəştlər tətbiq edilib.

İdarə heyətinin sədri bildirib ki, bu zaman ilk olaraq onların təhsil müddətinin nə zaman başlaması nəzərə alınır:

“Hazırda bu ölkələrdən müraciətlər çoxdur. Lakin Ukrayna və Rusiyada qalıb təhsilni davam etdirmək istəyən vətəndaşlar üçün də şərti və qismən diplom tanınmasında güzəştlər tətbiq olunur. Bu güzəştlərin sui-istifadə hallarına yol açmasını istəmirik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR