Bank Of Baku

Türk diplomat: Bu çətinliyin öhdəsindən gələcəyimizə inanırıq

Türk diplomat: Bu çətinliyin öhdəsindən gələcəyimizə inanırıq
# 16 fevral 2023 03:49 (UTC +04:00)

“Sözün bitdiyi yerdəyik. Türkiyədə bu gün etibarı ilə 36 minə yaxın insan zəlzələ nəticəsində dünyasını dəyişib. Onların arasında Azərbaycandan elm üçün yola çıxmış, təhsilini ən gözəl formada tamamlayıb ölkəsinə geri dönərək xalqına xidmət etmək istəyən gənclər də var və bu gün ürək ağrısı ilə onların cənazələrini qarşılayırıq”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Ali Rza Altunel zəlzələdə həlak olan azərbaycanlıların nəşini aeroportda qarşılayarkən bildirib.

“Başda mərhumların valideynləri olmaqla azərbaycanlı qardaşlarımıza dərin hüznlə başsağlığı diləyirəm. Türkiyədə hələ də, bir çox insanın nəşini aşkar etmək mümkün olmayıb. İnşallah hamımız birgə, ən başda türkdilli dövlətlərin dəstəyi ilə bu çətinliyin də öhdəsindən gələcəyimizə inanırıq. Rəbbim bir daha bu kədəri nə Azərbaycana, nə də digər türk dövlətlərinə yaşatmasın” – deyə diplomat vurğulayıb.

Elşən Yəhyayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR