Türkiyə-Azərbaycan Universitetinə tərəfdaş kimi cəlb olunacaq universitetlərin adları məlum olub

Türkiyə-Azərbaycan Universitetinə tərəfdaş kimi cəlb olunacaq universitetlərin adları məlum olub
# 29 fevral 2024 15:48 (UTC +04:00)

Türkiyə-Azərbaycan Universitetində tədris prosesinə ilkin mərhələdə Türkiyədən Orta DoğuTeknik Universiteti, İstanbul Teknik Universiteti və Haccettepe Universiteti, Azərbaycanda isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunacaqlar.

APA xebər verir ki, bunu bu gün keçirilən brifinqdə elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, növbəti tədris ilindən Universitetdə ilk olaraq texniki, texnoloji və mühəndislik ixtisasları üzrə 100 tələbənin qəbulunun həyata keçirilməsi nəzərdə tutulur:“Əsas profil mühəndislik olmaqla, növbəti tədris ilindən komputer elmləri, elektrik və elektronika mühəndisliyi, sənaye mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, ekologiya mühəndisliyi kimi ixtisasların tədrisi nəzərdə tutulur. Gələcəkdə isə tibb təhsilinin tədrisini planlayırıq.”

Tədrisin ilkin mərhələdə türk və ingilis dillərində aparılacağını deyən nazir akademik dəstəyin Türkiyə, inzibati, maliyyə dəstəyinin isə Azərbaycan tərəfindən göstəriləcəyini vurğulayıb.

“Burada həm azərbaycanlı, həm də türk müəllimlər çalışacaq. Həm Türkiyə-Azərbaycan, həm də Qarabağ Universitetində yeni tədris modelləri və ən yaxşı tələbə-müəllim kontingentinin formalaşdırılması hədəflənib,” – deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR