Türkiyə-Azərbaycan Universitetinin binası Bakıda olacaq, tədris türk və ingilis dilində aparılacaq

Türkiyə-Azərbaycan Universitetinin binası Bakıda olacaq, tədris türk və ingilis dilində aparılacaq
# 21 fevral 2024 15:24 (UTC +04:00)

Türkiyə-Azərbaycan Universitetinin binası Bakıda olacaq.

APA xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli media nümayəndələrinə açıqlamasında deyib.

Onun sözlərinə görə, burada klassik universitet modelindən söhbət getmir:

"Universitetdə birgə tədris prosesi qurulacaq. Birgə tədris prosesi Türkiyə və Azərbaycan müəllimləri tərəfindən aparılacaq. Tədris dili ilk olaraq türk və ingilis dili üzrə olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR