Bank Of Baku

Türkiyədə müalicə olunan daha 2 qazi Vətənə qayıdıb

Türkiyədə müalicə olunan daha 2 qazi Vətənə qayıdıb
# 22 fevral 2023 10:22 (UTC +04:00)

Ağır yaralanan iki qazi – Nəsirov Kənan Fizuli oğlu və İsmayılov Bəxtiyar Etibar oğlu Türkiyədə müalicələrini tamamlayaraq Vətənə qayıdıblar.

"YAŞAT" Fondundan APA-ya verilən xəbərə görə, onların müalicəsi ölkəmizin ixtisaslaşmış səhiyyə müəssisələrində davam etdiriləcək.

Xatırladaq ki, bu günə qədər 178 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 173-nün müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar.

Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR