Bank Of Baku

Türkiyədə zəlzələdə həlak olan tələbə Gədəbəydə dəfn olunub - FOTO - YENİLƏNİB

Türkiyədə zəlzələdə həlak olan tələbə Gədəbəydə dəfn olunub - FOTO  - YENİLƏNİB
# 16 fevral 2023 12:42 (UTC +04:00)

Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbə Samir Quliyev Gədəbəydə dəfn olunub.

APA-nın yerli bürosunun məlumatına görə, Samir Quliyev Gədəbəyin İnəkboğan kənd qəbiristanlığında torpağa tapşırılıb.

***

10.36

Fevralın 6-da Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələrdən biri Samir Quliyevin cənazəsi Gədəbəy rayonuna gətirilib.

APA-nın yerli bürosunun məlumatına görə, Samir Quliyevlə Gədəbəyin İnəkboğan kəndində, yaşadığı evdə vida mərasimi keçiriləcək.

Mərhum kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Samir Quliyev 2000-ci ildə anadan olub, uşaqkən atasını itirib.

Xatırladaq ki, Türkiyənin Malatya şəhərində fevralın 6-da baş verən zəlzələdə dağılan binanın altında qalan azərbaycanlı tələbələrdən 4-nün də meyiti tapılıb. İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə haqqında zəlzələ baş verdiyi vaxtdan heç bir məlumat yox idi. Onların meyitləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR