Bank Of Baku

Türkiyədə zəlzələdən zərərçəkənlərə Naxçıvanda humanitar yardım toplanır

Türkiyədə zəlzələdən zərərçəkənlərə Naxçıvanda humanitar yardım toplanır
# 07 fevral 2023 15:22 (UTC +04:00)

Türkiyənin Naxçıvandakı Baş Konsulluğunda zəlzələdən zərərçəkənlərə humanitar yardım toplanır.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, səhər saatlarından etibarən sakinlərin konsulluğa axını davam edir.

Türkiyənin Naxçıvandakı Baş Konsulu Asip Kaya APA-ya açıqlamasında bu çətin günlərin geridə qalacağına ümidvar olduğunu bildirib: "Zəlzələ xəbəri eşidiləndən sonra bütün Naxçıvan sakinləri, başda Fuad Nəcəfli, Baş nazir və digər vəzifəli şəxslər baş konsulluğa və mənə zəng edərək başsağlığı verdilər. Burdan hər birinə ayrı-ayrı təşəkkürümü bildirirəm. Türkiyə tarixinin ən böyük zəlzələsi ilə qarşı-qarşıyayıq, beynəlxalq yardımlara ehtiyacımız var. Sosial hesablarımızdan həm bank hesablarımızı, həm də ehtiyac duyduğumuz ləvazimatların siyahısını paylaşdıq. Bu xəbərdən sonra naxçıvanlı qardaşlarımız lazım olan ləvazimatları buraya gətirməyə başlayıblar”.

Asip Kaya Baş konsulluğunun ərazisində gətirilən ləvazimatların yığılması üçün kifayət qədər yer olmadığını vurğulayıb: “Odur ki, sabahdan başqa bir yer deyə bilərik. Naxçıvanlı qardaşlarımızın da sayəsində ən qısa zamanda toplanan ləvazimatları Türkiyəyə göndərəcəyik. Yardım edən bütün qardaşlarımıza təşəkkür edirəm. İnşallah, başda Azərbaycan olmaqla, dostlarımızın dəstəyilə bu çətin günləri geridə qoyacağıq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR