Türkiyənin təhsil naziri Yusuf Tekinin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib.
APA xəbər verir ki, qonaqlar Ümumilli lider Heydər Əliyevin məzarı önünə gül qoyub, daha sonra nümayəndə heyəti Şəhidlər Xiyabanına gəlib, şəhidlərimizin ruhuna dualar oxuyublar.
Qonaqları elm və təhsil nazirinin müavini Həsən Həsənli müşayiət edib.