Bank Of Baku

UNEC tələbəsi NASA-nın saytında səhv aşkarlayıb

UNEC tələbəsi NASA-nın saytında səhv aşkarlayıb
# 03 aprel 2024 11:36 (UTC +04:00)

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rəqəmsal İqtisadiyyat fakültəsinin “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə təhsil alan birinci kurs tələbəsi Kənan Fərzəlili beynəlxalq NASA (National Aeronautics and Space Administration) təşkilatının əsas veb-saytında səhv aşkarlayaraq, şirkətin məlumat mərkəzinə bu barədə yazılı məruzə edib.

Bu barədə APA-ya universitetdən bildirilib.

Qeyd edilib ki, UNEC tələbəsinə NASA tərəfindən saytda aşkarladığı yanlışlığa görə təşəkkür məktubu göndərilib. Kənan Fərzəlilinin adı kibertəhlükəsizlik məkanında məşhur platforma hesab olunan “Bugcrowd - Hall of fame” siyahısına daxil edilib.

Kənan Fərzəlili informasiya təhlükəsizliyi sahəsi üzrə UNEC-də aldığı bilik və bacarıqlar sayəsində kibertəhlükəsizlik üzrə peşəkar mütəxəssis kimi yetişərək, ilk uğuruna imza atmış olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR