Vilayət Eyvazov Şamaxıda qəbul keçirəcək

Vilayət Eyvazov Şamaxıda qəbul keçirəcək
# 01 mart 2024 16:26 (UTC +04:00)

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən mart ayının 28-də Şamaxı Rayon Polis Şöbəsinin inzibati binasında Şamaxı, Qobustan, Ağsu, Göyçay və İsmayıllı şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşlar DİN-nin səlahiyyətlərinə aid məsələlərlə bağlı 27.03.2024-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə nazirliyin mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR