Bank Of Baku

Vüqar Qurbanov: Sənədləri uyğun olmayan şəxs TƏBİB-in müəssisələrində fəaliyyət göstərə bilməz

Vüqar Qurbanov

© APA | Vüqar Qurbanov

# 30 oktyabr 2025 13:16 (UTC +04:00)

"Sənədləri uyğun olmayan və Azərbaycan Respublikasının müvafiq qurumlarında təsdiq olunmamış şəxslər TƏBİB-in müəssisələrində fəaliyyət göstərə bilməz. Bu günə qədər belə hallar aşkar edilməyib".

APA xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

"Biz xəstəxanalara işə qəbul prosesini nəticələr əsasında həyata keçiririk. Əgər işçilərimiz sertifikasiya imtahanlarından uğursuz nəticə əldə edirlərsə, onlar ilkin mərhələdə müvəqqəti olaraq tibbi xidmətdən uzaqlaşdırılırlar. Növbəti imtahanda da uğursuz olacaqları təqdirdə, onların fəaliyyətinə tamamilə xitam verilir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR