Xaçmaz rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsində xəsarət alan piyada ölüb.
APA-nın Şimal bürosunun verdiyi məlumata görə, piyada 1958-ci il təvəllüdlü Ağa Babayev dünyasını dəyişib.
***
Saat 20:14
Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Gəndob-Yalama yolunun Müzəffəroba kəndi ərazisində qeydə alınıb.
Yolu keçmək istəyən piyadanı maşın vurub.
Ağır bədən xəsarətləri alan şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.