Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO

Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub  - FOTO
# 23 aprel 2024 20:35 (UTC +04:00)

Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub.

Bunu APA-nın Qarabağ bürosuna açıqlamasında yeni doğulan körpənin atası Abbas Abdullayev deyib.

"Иiz istəyirik ki, övladımız da, cənab prezident kimi dövlətinə mollətinə bağlı olsun. Şükürlər olsun bugünümümüzə. Biz deyə bilirik ki, 36 ildən sonra Xankəndi şəhərində oğlan uşağı dünyaya gəldi. Şükürlər olsun torpaqlarımız azad olundu. Suverən Azərbaycan torpaqlarında yaşayırıq. Allah ordumuzu Ali Baş Komandanımızı qorusun. Bizə bugünü yaşadan şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Mənim uzun illər idi arzum diləyim vardı. Uşağımın adın Ali Baş Komandanımızın adın qoyum. Mən istəyirəm övladım onun kimi dövlətinə millətinə bağlı olsun. Torpağına bağlı olsun və həmin addımlarla irəliləsin. Dövlətinə, dövlətçiliyinə, Azərbaycan ideologiyası ilə böyüsün. Ona görədə ovladımın adın İlham qoyuram".

Xankəndi mərkəzi şəhər xəstəxanasının baş həkimi Jalə Oktayzadə bildirib ki, hazırda yeni doğulan körpənin və ananın vəziyyəti stabildir.

"Səadət Namazova və Abbas Abdullayevin ilk körpələri dünyaya göz açmışdır. Körpəmiz 3 kq çəkisində, 49 sm uzunluğunda doğulub. Hazırda ananın və uşağın vəziyyəti stabildir. Lazımi tibbi yardımlar göstərilir. Vətənə, millətə, dövlətə xeyirli övlad olmasını diləyirik", - xəstəxanasının baş həkimi qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR