Bank Of Baku

220 saylı məktəbdə “Məişət zorakılığının qarşısının alınması” mövzusunda konfrans keçirilib

220 saylı məktəbdə “Məişət zorakılığının qarşısının alınması” mövzusunda konfrans keçirilib
# 15 fevral 2013 12:58 (UTC +04:00)

 

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Nizami Rayon Polis İdarəsi (RPİ) və 24-cü Polis Bölməsinin (PB) Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Şöbəsinin əməkdaşları 220 saylı orta məktəbdə “Məişət zorakılığının qarşısının alınması” mövzusunda konfrans keçiriblər.

 

APA-nın məlumatına görə, tədbirdə çıxış edən “Təmiz Dünya” İctimai Birliyinin (İB) sədri Mehriban Zeynalova ailədə baş verən zorakılığın cəmiyyətə də təsir etdiyini deyib: “Əvvəllər deyirdilər ki, evdə olan problemi bayıra çıxarmaq olmaz. Lakin bu düzgün yanaşma deyil. Ailədə baş verən zorakılığın səbəblərindən biri də cinsi ayrı-seçkilik salmaqdır. Yəni bizim cəmiyyətdə  çox vaxt qız uşaqlarına münasibət bir qədər fərqli olur ki, bu da fəsadlar törədir. Zorakılığa məruz qalan şəxslər hər zaman qorxu içərisində yaşayırlar və onların psixologiyaları pozulur. Belə zorakılıqlarla qarşılaşdıqda mütləq mütəxəssisə müraciət etmək lazımdır ”.

 

Daha sonra tədbirdə çıxış edən 24-cü Polis Bölməsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Şöbəsinin inspektoru , polis baş leytenantı Pərvanə Əzizova məişət zorakılığının geniş yayılmış formalarından birinin ailədə qadınlara qarşı olan zorakılıq olduğunu deyib: “Bu zorakılıq növü coğrafi və ya yaş hüdudları, yaxud hər hansı bir sosial qrupa mənsubiyyəti olmayan haldır. Ailədaxili zorakılığın əsas səbəbi qadınlar və kişilər arasında mövcud olan qeyri-bərabər münasibətlərdir. Zorakılıq həmçinin uşaqlara, baba nənə, qardaş və bacılara , digər ailə üzvlərinə ailədə, habelə cəmiyyətin özündə ümumi mühitə mənfi təsir göstərən haldır. Bir çox hallarda ailədaxili zorakılığın qurbanı olan şəxslər baş verənlər barədə susur və daxili sarsıntı keçirirlər ”.

 

Tədbirdə çıxış edən məktəbin direktoru Almaz Əsgərova, polis baş leytenantı Özər Əzizov və polis leytenantı Rəfael Babayev də zorakılıq halları ilə qarılaşarkən görülməli olan tədbirlər barədə danışıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR