Bank Of Baku

“Abituriyent” jurnalının 4-cü sayı nəşr edilib

“Abituriyent” jurnalının 4-cü sayı nəşr edilib
# 12 may 2014 13:41 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Abituriyent” jurnalının 4-cü sayını nəşr edərək abituriyentlərin istifadəsinə verib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, jurnalda ali təhsil müəssisələrinin Qabiliyyət İmtahanı Komissiyaları üzrə müsabiqə şərtləri əks olunub. Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız qabiliyyət imtahanı üzrə yekun nəticəsi və test imtahanında topladığı ümumi balı TQDK tərəfindən müəyyən edilmiş tələblərə uyğun olan abituriyentlər seçə biləcəklər. Test imtahanına daxil olan fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti qoyulmur. 

 

Jurnalda həmçinin qəbul aparılan ixtisasların siyahısı qeyd olunub. Bu bölmədə, dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla qəbul aparılmasından asılı olmayaraq, ali təhsil müəssisələrinin ixtisaslar siyahısında hər bir ixtisas üzrə ümumi plan təqdim edilib. TQDK tərəfindən dövlət sifarişi ilə qəbul aparılan yerləri seçmək üçün qoyulan tələbləri ödəyə bilməyən abituriyentlər yalnız ödənişli əsaslarla olan ixtisasları seçə bilərlər. Dövlət hesabına ali təhsil almış abituriyentlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər. 

Ali təhsil müəssisəsinə dövlət sifarişi əsasında qəbul olan abituriyent müəyyən olunmuş vaxtda qəbul olduğu təhsil müəssisəsinə tələb olunan sənədləri təqdim edib qeydiyyatdan keçməlidir. Bu zaman ali təhsil müəssisəsi ilə dövlət sifarişi əsasında təhsil alacaq şəxs (təhsilalan) arasında müqavilə bağlanır. Abituriyentlər həmin müqavilənin şərtləri ilə jurnalın bu sayında tanış ola bilərlər. 

Jurnalda həmçinin M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialına tələbə qəbulu, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sifarişi əsasında) qəbul qaydaları və müsabiqə şərtləri barədə məlumatlar təqdim olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR