Bank Of Baku

“Ailə zorakılığı: müdafiə sistemi” mövzusunda Bakı-Moskva-Astana telekörpüsü təşkil olunub

“Ailə zorakılığı: müdafiə sistemi” mövzusunda Bakı-Moskva-Astana telekörpüsü təşkil olunub
# 18 fevral 2013 12:00 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. MDB ölkələrində qadın zorakılığına həsr olunmuş “Ailə zorakılığı: müdafiə sistemi” mövzusunda Bakı-Moskva-Astana telekörpüsü təşkil olunub. APA-nın məlumatına görə, Azərbaycan tərəfdən telekörpünün iştirakçısı, Milli Məclisin üzvü Elmira Axundova Azərbaycanda məişət zorakılığı sahəsində aparılan işlərdən danışaraq bildirib ki, Avropa Birliyinin “Məişət zorakılığına yox deyək” devizi ilə təxminən 4 il öncə keçirilmiş kampaniyasından sonra Azərbaycan millət vəkilləri bu istiqamətdə qanun layihəsi hazırlayıblar və 2010-cu ildə məişət zorakılığının qarşısının alınması barədə qanun qəbul edilib: “Bu qanun nəinki məişət zorakılığına qarşı mübarizə, o cümlədən qadınlara qarşı zorakılığın qarşısının alınması, risk qrupları ilə işləməyi, sosial müavinətlərin təyinini, dövlət dəstəyini, reabilitasiya mərkəzlərinin yaranmasını nəzərdə tutur”.

 

E. Axundova deyib ki, Dağlıq Qarabağ və ətraf rayonların işğalı, o cümlədən Xocalı faciəsi ilə bağlı fiziki qabiliyyətini itirmiş insanlar, hərbi zorakılığın qurbanları, ailəsini itirmiş uşaqlar, maddi baxımdan çətinlik yaşayan ailələr var ki, bu da ailədaxili münaqişələri kəskinləşdirən səbəblərdən biridir. Azərbaycanda milyonlarla insan hanısısa şəkildə bu müharibənin əziyyətini çəkir. O, erkən nikah probleminin, qızların məcburi şəkildə qaçırılması hallarının qarşısının alınması istiqamətində də addımların atıldığını söyləyərək qeyd edib ki, bu barədə qanunverici baza sərtləşdirib və bu kimi halların qarşısı 50%-ə qədər alınıb.

 

Rusiya Dövlət Dumasının üzvü Yevdokiya Bıçkova bildirib ki, Rusiyada məişət zorakılığı ilə bağlı konkret statistika göstərmək çox çətindir. Onun sözlərinə görə, il ərzində Rusiyada 80 faiz qadın mənəvi və fiziki zorakılığa məruz qalır ki, onlardan 30 faizi həyat yoldaşları tərəfindən döyülür: “Yalnız 9-10 hadisədən sonra qadınlar hüquq-mühafizə orqanlarına müraciət edirlər. Məişət zorakılığından bütün ailə əziyyət çəkir. Uşaqlar evdən qaçır, bəzi hallarda intihara təşəbbüs edirlər. Onlar pis mühitə düşür, narkotik və spirtli içkilərlə tanış olurlar”.

 

Y. Bıçkova təəssüflə qeyd edib ki, Rusiya Dövlət Dumasına bununla bağlı qanun layihəsi müzakirəyə çıxarılsa da, qəbul olunmayıb.

 

Qazaxıstan tərəfdən telekörpüdə prezident yanında ailə, qadın və demoqrafik siyasət üzrə komissiyanın sədri Gülşara Abdulkalikova və parlamentin deputatı Yelena Tarasenko iştirak edib. Onlar bildiriblər ki, Qazaxıstanda ildə qadınlar, uşaqlar və qocalara qarşı zorakılıqla bağlı 30-40 min hadisə baş verir. Bu halların qarşısının alınması üçün 2005-ci ilə ölkə prezidentinin dəstəyi ili 2 qanun qəbul edilib. Lakin Qazaxıstanda da tam statistika yoxdur, çünki çox zaman bu hallarla bağlı müraciətlər edilmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR