Bank Of Baku

Bakıda I sinfə qəbulla bağlı 37 598 sorğu yerləşdirilib

Bakıda I sinfə qəbulla bağlı 37 598 sorğu yerləşdirilib
# 13 iyul 2026 10:55 (UTC +04:00)

13 iyul saat 10:30-a olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 37 598 uşaq üçün elektron sistem (https://mektebeqebul.edu.az/) vasitəsilə sorğu yerləşdirilib.

Bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 4 269 müraciət operativ şəkildə cavablandırılıb: "Daxil olan müraciətlərdən 73-ü alternativ qeydiyyat mərkəzlərində, 3 672-si sistemin “Əlaqə” bölməsi vasitəsilə cavablandırılıb və valideynlərə müvafiq dəstək göstərilib. 524 valideyn isə 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət edib".

Qeyd edilib ki, mayın 6-dan etibarən həyata keçirilən 2026-2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR