Bank Of Baku

“Akkord” Korporasiyası Ramazan bayramı ilə bağlı xeyriyyə tədbirləri keçirib - FOTOSESSİYA

“Akkord” Korporasiyası Ramazan bayramı ilə bağlı xeyriyyə tədbirləri keçirib - <span style="color: red;">FOTOSESSİYA
# 07 avqust 2013 20:13 (UTC +04:00)

Bakı-APA. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Direktorlar Şurasının təşəbbüsü ilə müqəddəs Ramazan bayramı münasibətilə geniş xeyriyyə tədbirləri keçirilib. Tədbir çərçivəsində ilkin olaraq “Akkord” Korporasiyasının əməkdaşlarından birinin 8 ildir hərəkət qabiliyyətini itirmiş övladı, 2002-ci il təvəllüdlü Səmədov Namiq Taleh oğluna motorlu əlil arabası hədiyyə edilib.

 

Sonra nümayəndə heyəti Azərbaycan Respublikası Uşaq Fondunun Bakı Şəhər Filialında olub. Fondun qeydiyyatında olan əlil, xəstə, aztəminatlı və məcburi qaçqın ailələrindən olan uşaqlara bayram sovqatları paylanılıb.  Fondun sədri Esmiralda Rəhimova göstərilən diqqət və qayğıya görə “Akkord” Korporasiyasının rəhbərliyinə təşəkkürünü bildirib. O, 2007-ci ildən mütəmadi olaraq bu qayğı ilə əhatələndiklərini qeyd edib.

  

Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Abşeron rayonundakı Saray qəsəbəsi, 7 saylı uşaq internat evində yaşayan uşaqlar ziyarət edilib. Korporasiya nümayəndələri buradakı 140 nəfər əqli cəhətdən qüsurlu və əlil uşaqlar, həmçinin əlil ailələri üçün gətirdikləri bayram sovqatını, uşaqların ehtiyacı olan çoxçeşidli məişət və gigiyena vasitələrini onlara təqdim edib.

 

“Akkord” Korporasiyasının dəvəti ilə Maestro Ceyhun və “Şanson” Qrupu bayrama gözəl musiqiləri ilə xüsusi rəng qatıblar. Uşaqların sevinci isə Korporasiya nümayəndələri üçün əsl bayram hədiyyəsi oldu. 7 saylı uşaq internat evinin direktoru Qətibə Əsədova göstərilən qayğı və diqqətə görə «Akkord» rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirib: “Sizin kimi təşkilatların qayğısını bu uşaqların üzərində daimi olaraq hiss etmək çox xoşdur. Belə müqəddəs gündə bu uşaqları necə sevindirirsizsə, Allah da sizləri sevindirsin”.

 

Korporasiyanın İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Afaq Quliyeva İnternat evinin kollektivi qarşısında çıxış edərək onları Korporasiyanın Direktorlar Şurası və bütün kollektivi adından bayram münasibətilə təbrik edib. O, müəllim və tərbiyyəçilərə dərin təşəkkürünü bildirib.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR