Bank Of Baku

“ASAN” Səyyar xidmət Qəbələdə fəaliyyət göstərir

“ASAN” Səyyar xidmət Qəbələdə fəaliyyət göstərir
# 02 avqust 2013 08:01 (UTC +04:00)

Bakı-APA. “ASAN xidmət” mərkəzinin zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobusları ilə səyyar formada regionlarda əhaliyə xidmətlər göstərilməsi davam edir. Xidmətdən APA-ya vreilən məlumata görə, artıq Quba şəhərində Quba, Qusar və Xaçmaz, Şirvan şəhərində Şirvan və Hacıqabul, Sabirabad rayonunda  Sabirabad və Saatlı, Şamaxı şəhərində  Şamaxı, Qobustan və Ağsu,  Salyan rayonunda  Salyan və Neftçala, İsmayıllı rayonunda İsmayıllı, Astara rayonunda isə Astara rayonunun sakinlərinə “ASAN” Səyyar xidmət göstərilib.

 

1-15 avqust tarixlərində Qəbələ rayonunun ümumi sayı 100 000-dən çox olan sakini “ASAN” Səyyar Xidmətdən yararlana biləcəkdir. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

 

“ASAN” Səyyar Xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR