Bank Of Baku

“ASAN xidmət” əməkdaşlarına xüsusi imtiyazlar verilir

“ASAN xidmət” əməkdaşlarına xüsusi imtiyazlar verilir
# 24 may 2013 10:13 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclisin iclasında Azərbaycanda yeni yaradılan “ASAN xidmət” mərkəzlərinin əməkdaşlarının maddi təminatının yaxşılaşdırılması üçün onlara xüsusi güzəştlər verilməsi müzakirə olunub. APA-nın xəbərinə görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verərək bildirib ki, bununla bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 6.3-cü maddəsinə dəyişiklik təklif edilir.

 

Maddəyə edilən dəyişikliyə əsasən xidmət işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq üçün daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumunun 30 faizi “ASAN xidməti”nin hesabına köçürüləcək. Layihə səsə qoyularaq qəbul olunub

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR