Bank Of Baku

“Ən yaxşı sosial çarx” müsabiqəsinin bitmə tarixi dəyişdirilib

“Ən yaxşı sosial çarx” müsabiqəsinin bitmə tarixi dəyişdirilib
# 28 avqust 2013 07:45 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Gənclər Fondunun “Ən yaxşı sosial çarx” adı altında gənclər arasında keçirdiyi qısametrajlı sosial çarxlar müsabiqəsinin bitmə tarixi dəyişdirilib. Azərbaycan Gənclər Fondunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə,

 

Fond gənclərdən gələn çoxsaylı müraciətləri və müsabiqəyə göstərilən marağı nəzərə alaraq bu addımı atıb. Müsabiqədə iştirak edənlər hazırladıqları qısametrajlı sosial çarxları oktyabrın 1-dək Gənclər Fonduna təqdim etməlidir.

 

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd gənclərin yaradıcılıq potensialından istifadə edərək cəmiyyətin diqqətini gənclərin sosial problemlərinin həllinə istiqamətləndirməkdir. Müsabiqədə 14-29 yaş arasında olan gənclər və ya gənclərin təşəbbüs qrupları iştirak edə bilər. Müsabiqəyə ağ-qara və yaxud rəngli, MP4, 1020p-HD formatda 3 (üç) dəqiqəyə qədər çəkilmiş və DVD diskə köçürülmüş çarxlar təqdim oluna bilər. Müsabiqə üzrə 1-ci yer üçün 2000 manat, 2-ci yer üçün 1500 manat, 3-cü yer üçün isə 1000 manat məbləğində pul mükafatı və diplom təqdim olunacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR