Ədliyyə Nazirliyinin “Fərdi elektron pəncərə” elektron məlumat sistemi “Elektron hökumət” portalına qoşulacaq.
APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nda dəyişiklik edib.
Müvafiq olaraq “Qeyri-kommersiya hüquqi şəxslər” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”ndan çıxarılıb. Digər dəyişikliyə əsasən Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin hərbi-həkim komissiyasının məlumat sistemi də “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”ndan çıxarılıb.