Bank Of Baku

“Gənclərin dövlət ictimai-siyasi həyatında rolu” mövzusunda seminar keçirilib - FOTOSESSİYA

“Gənclərin dövlət ictimai-siyasi həyatında rolu” mövzusunda seminar keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 24 may 2013 11:29 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi və Gənclərin İntellektual İnkişafına Yardım İctimai Birliyi “Gənclərin dövlət ictimai-siyasi həyatında rolu” mövzusunda seminar keçirib.

 

APA-nın məlumatına görə, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, gənclər sosial status baxımından dövlətçiliyin qorunmasında və inkişafında mühüm yer tutur.

 

Ə.Həsənov dövlət siyasətinin əsas istiqamətlərindən birinin də gənclərlə bağlı əhəmiyyətli proqramların həyata keçirilməsi olduğunu da qeyd edib. O, dövlət başçısının Azərbaycan gənclərinə göstərdiyi diqqət və qayğısından da söz açıb. İnteraktiv şəraitdə keçən tədbirdə Ə. Həsənov gənclər tərəfindən ona ünvanlanan sualları da cavablandırıb.

 

Tədbirdə YAP Gənclər Birliyinin sədri Seymur Orucov gənclərin dövlətçiliyin qorunmasında üzərinə düşdüyü məsuliyyətdən danışıb: “Partiyamızın gənclər birliyi keçirdiyi bütün tədbirlərdə gənclərin ictimai-siyasi həyatda fəaliyyətinin stimullaşdırılmasına, onların bu işlərə daha da həvəsləndirilməsinə böyük önəm verir. Belə məqamlarda gənclərə doğru, düzgün yol göstərmək, onları daha yaxından təmsilçiliyə dəvət etmək əsas məqsəd kimi qarşıya qoyulub”.

 

Qeyd edək ki, toplantıda ölkənin 27 rayondan, Bakı və Sumqayıt şəhərlərindən gənclər iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR