Bank Of Baku

“Maqnit adam” Çindən uğurla qayıdıb - FOTO

“Maqnit adam” Çindən uğurla qayıdıb - <span style="color: red;">FOTO
# 26 dekabr 2012 11:04 (UTC +04:00)

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, keçən il “Ginnesin Rekordlar Kitabı”na düşən və İtaliyada “Ginnesin Rekordlar Kitabı” medalına layiq görülən, Gürcüstanda isə “İlin rekordçusu” elan edilən Borçalı sakini Etibar Budaqlı Çinə səfərdən qayıdıb.

 

E.Budaqlı səfəri və ümumiyyətlə, son bir ildə idman sahəsində əldə etdiyi uğurlar barədə ictimaiyyət nümayəndələrinə hesabat verib. Tədbir onun Çində nümayiş etdirdiyi idman növləri barədə çəkilən filmin nümayişi ilə başlayıb. Sonra Tiflis Texniki Universitetinin “Rekord” idman klubunun prezidenti Şota Keldişvili Etibar Budaqlının Çinə səfəri zamanı əldə etdiyi rekordları yenidən təzələdiyini və vətənə yeni medalla qayıtdığını bildirib: “Biz Etibarla 4-5 yeni layihə həyata keçirəcəyik. Onun Amerikaya səfəri də gözlənilir”.

 

Tədbirdə çıxış edən E.Budaqlı Çində keçirilən şouda indiyədək əldə etdiyi uğurları təzələdiyini və 5-ci rekord əldə etdiyini vurğulayıb: “Mən Çində bədənimdə olan enerjini bir daha təsdiq etdim. Bədənimdəki bu bioenerji ilə ağır yük qaldırdım və 52 qaşığı bədənimə düzüb nümayiş etdirdim. Nəticədə medal qazandım. Tədbirdə Gürcüstan, Azərbaycan və Türkiyə bayraqlarını nümayiş etdirdim”.

 

E.Budaqlı gələcək planları haqqında da söhbət açıb: “Marneulidə müalicə mərkəzi yaratmışam. Dərmanların kömək etmədiyi bel, baş ağrılarını və daxili orqanların xəstəliklərini bioenerji ilə müalicə edirəm. Müsbət nəticə olan xəstələrim çox olub. Bundan başqa, biz Tiflis Texniki Universitetinin “Rekord” idman klubu ilə birlikdə Ginnesin Qafqaz Federasiyasını yaratmaq istəyirik. Bu federasiyaya Azərbaycan idmançılarını da dəvət edəcəyik”.

Xatırladaq ki, bu ilin aprel ayında İtaliyada keçirilən şouda iştirak edən Etibar Budaqlı “Ginnesin Rekordlar Kitabı”nın rekordçusu medalına layiq görülüb. Onun bədənində eyni zamanda bioenerji də var. O, 52 qaşığı əl vurmadan sinəsində saxlaya bilir. E.Budaqlı indiyədək Marneulidə və Tiflisdə keçirilən şoularda sinəsində 106 kq və  147 kq yük saxlayıb, “maqnit adam” təxəllüsü qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR