Bank Of Baku

“MDB-də gənclərin məşğulluğu sahəsində əməkdaşlıq” layihəsi müzakirə olunub - FOTO

“MDB-də gənclərin məşğulluğu sahəsində əməkdaşlıq” layihəsi müzakirə olunub - <span style="color: red;">FOTO
# 30 may 2013 10:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovla Beynəlxalq Əmək Təşkilatının eksperti Olqa Kulayeva arasında görüş keçirilib.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nazir Fizuli Ələkbərov görüşdə bildirilib ki, gənclərin məşğulluq problemi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Bu baxımdan Beynəlxalq Əmək Təşkilatı ilə məşğulluq sahəsində də əməkdaşlığın daim inkişaf etdiyi vurğulanıb.

 

Olqa Kulayeva Beynəlxalq Əmək Təşkilatı ilə Azərbaycan arasında məşğulluq sahəsində əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib, bu əməkdaşlığın daha da inkişaf etməsi üçün öz səylərini göstərəcəyini vurğulayıb.

 

Görüşdə “Müstəqil Dövlətlər Birliyində gənclərin məşğulluğu sahəsində əməkdaşlıq” layihəsi müzakirə olunub və layihənin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR