Bank Of Baku

“Məhəmməd Əmin Rəsulzadə Ensiklopediyası”nın təqdimatını keçirilib - FOTO

“Məhəmməd Əmin Rəsulzadə Ensiklopediyası”nın təqdimatını keçirilib - <span style="color: red;">FOTO
# 18 may 2013 16:41 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Bu gün araşdırmaçı alim Nəsiman Yaqublunun hazırladığı “Məhəmməd Əmin Rəsulzadə Ensiklopediyası”nın təqdimatı keçirilib.  

 

APA-nın məlumatına görə, Məhəmməd Əmin Rəsulzadə Mərkəzinin təşəbbüsü ilə keçirilən mərasimdə bildirilib ki, bu ensiklopediya Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri, Müsavat Partiyasının rəhbəri M.Ə. Rəsulzadənin həyat və fəaliyyətinə həsr olunub.

 

Kitabda çoxlu sayda fotolar, arxiv sənədləri və heç vaxt rast gəlinməyən yeni məlumatlar var. Bu ensiklopediyadan elm adamları, siyasi xadimlər, diplomatlar və tədqiqatçılar faydalana bilər.

 

Təqdimat mərasimində siyasətçilər, araşdırmaçılar, şair və ictimaiyyətin nümayəndələri iştirak edib.

 

Nəsiman Yaqublu deyib ki, bu ensiklopediyada M.Ə. Rəsulzadənin həm Azərbaycanda, həm də mühacirətdəki fəaliyyəti geniş araşdırılıb, bütün yazıları və əsərlərinin ümumi biblioqrafiyası hazırlanıb. N. Yaqublu  bu nəşrin M.Ə. Rəsulzadənin həyat və fəaliyyətini tam əks etdirmədiyini də söyləyib.

 

Müəllif deyib ki, kitabda 297 tarixi fotoşəkil, 363 sənəd dərc olunub. N. Yaqublu həmçinin qeyd etdi ki, kitabda ilk dəfə Rəsulzadənin illüstrasiyalı biblioqrafiyası verilib.

 

M.Ə. Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə kitabı AXC-nin 95 illiyinə böyük hədiyyə hesab etdiyini deyib.

 

Tarixçi-alim Cəmil Həsənli, xalq şair Ramiz Rövşən, Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, hüquq müdafiəçisi Novella Cəfəroğlu çıxışlarında  ensiklopediyanın nəşrini yüksək qiymətləndirib, M.Ə. Rəsulzadənin şəxsiyyəti haqda danışıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR