Bank Of Baku

“Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” mövzusunda beynəlxalq konfrans başa çatıb

“Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” mövzusunda beynəlxalq konfrans başa çatıb
# 12 mart 2013 14:41 (UTC +04:00)

APA-nın məlumatına görə, konfransda müxtəlif ölkələrin müvafiq qurumlarının əməkdaşları tərəfindən təqdimatlar keçirilib.

 

Konfransın sonunda Qırğızıstanın fövqəladə hallar naziri Kubatbek Boronov, Qazaxıstanın fövqəladə hallar naziri Vladimir Boşko, Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Nəvaf əl-Sleibi çıxış ediblər.

 

Konfransın təşkilinə görə Azərbaycana minnətdarlığını bildirən Nəvaf əl-Sleibi konfransda qazanılan təcrübənin iştirakçı ölkələrə öz töhfəsini verəcəyini vurğulayıb.

 

Sonda Qəbələ Bəyannaməsi qəbul olunub.

 

Qeyd edək ki, konfrans Beynəlxalq Mülki Müdafiə Təşkilatının təşəbbüsü və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə keçirilib. Konfransda 54 ölkədən və müxtəlif beynəlxalq təşkilatlardan 155-dən artıq nümayəndə iştirak edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR