Bank Of Baku

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna edilən dəyişikliklər qüvvəyə minib

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna edilən dəyişikliklər qüvvəyə minib
# 02 sentyabr 2013 09:38 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanda “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna mayın 24-də edilən dəyişikliklər sentyabrın 1-dən qüvvəyə minib. APA-nın məlumatına görə, bu, ümumvətəndaş pasportunun ödənilən dövlət rüsumunun məbləğinə müvafiq olaraq 5 və ya 1 iş günü müddətində verilməsi, pasportların verilməsinə və ya dəyişdirilməsinə görə yeni qiymətlər müəyyən olunmasıdır.

 

Belə ki, pasport 10 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud vətəndaşın və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə bir yaşınadək uşaqlar üçün 10 manat, bir yaşından üç yaşınadək uşaqlar üçün 20 manat, üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 30 manat, on səkkiz yaşına çatmış vətəndaşlar üçün 40 manat rüsum tələb olunur. Pasport 5 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə bir yaşınadək uşaqlar üçün 20 manat, bir yaşından üç yaşınadək uşaqlar üçün 40 manat, üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 60 manat, on səkkiz yaşına çatmış vətəndaşlar üçün isə 80 manat rüsum tələb olunur.

 

Pasportu 1 iş gününə almaq arzusunda olanlar isə bir yaşınadək uşaqlar üçün 40 manat, bir yaşından üç yaşınadək uşaqlar üçün 80 manat, üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün 120 manat, on səkkiz yaşına çatmış vətəndaşlar isə 160 manat pul ödəməlidirlər.

 

Qanuna edilən dəyişikliyə görə, ötən gündən Azərbaycanda pasportlara elektron çiplərin yerləşdirilməsinə başlanmasının vaxtının dəyişdirilməsi də qüvvəyə minib. Pasportda elektron daşıyıcı (çip) yerləşdirilməsi, elektron daşıyıcıya (çipə) pasport sahibinin imzası istisna olmaqla onun barəsində məlumatlar, pasport sahibinin üz təsviri və barmaq izi və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi halda digər məlumatlar daxil edilməlidir.

 

Qeyd edək ki, yeni sənəddə həmçinin pasportların verilmə müddəti də göstərilib. Belə ki, pasportlar 1 yaşınadək uşaqlar üçün bir illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üç illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş illik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə on illik müddətə veriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR