Bank Of Baku

“Prezident seçkiləri ərəfəsində beynəlxalq təşkilatlarla vətəndaş cəmiyyətinin baxış bucaqlarının uyğunlaşdırılması” mövzusunda tədbir keçirilib

“Prezident seçkiləri ərəfəsində beynəlxalq təşkilatlarla vətəndaş cəmiyyətinin baxış bucaqlarının uyğunlaşdırılması” mövzusunda tədbir keçirilib
# 30 may 2013 10:31 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün Bakıda Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə QHT Əməkdaşlıq Alyansı “2013-cü ilin prezident seçkiləri ərəfəsində beynəlxalq təşkilatlarla vətəndaş cəmiyyətinin baxış bucaqlarının uyğunlaşdırılması” mövzusunda tədbir keçirib.

 

APA-nın məlumatına görə, tədbirdə ATƏT, Avropa Şurası, ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycandakı nümayəndələri və QHT rəhbərləri iştirak ediblər.

 

Alyansın həmsədri Rufiz Qonaqov çıxışında bildirib ki, Azərbaycanda avqust ayının 17-dən rəsmi olaraq seçki kampaniyasına başlanacağına görə vətəndaş cəmiyyəti ilə beynəlxalq təşkilatlar arasında əməkdaşlıq gücləndirilməlidir. Onun sözlərinə görə, seçki ərəfəsində bu sahədə olan bir sıra nöqsanlar da aradan qaldırılmalıdır.

 

Alyansın həmsədri Yadigar Məmmədli Azərbaycanda keçirilən seçkilər zamanı həm vətəndaş cəmiyyəti, həm də beynəlxalq təşkilatların yanaşmalarında ciddi fərqlərin olduğunu deyib: “Beynəlxalq təşkilatlar və xarici müşahidə missiyaları əvvəlcədən müəyyən edilən hüquq müdafiə, media və vətəndaş cəmiyyəti təşkilatlarının hesabat və tövsiyələrinə əsaslanırlar. Nəticədə isə qiymətləndirmə qüsurlu olur. Bəzən yerli səviyyədə fəaliyyət göstərən tərəfsiz QHT-lər də bu istiqamətdə fəallıq göstərmir, fəaliyyətlərini uzlaşdırmırlar. Ölkəmizdə proseslərin obyektiv qiymətləndirilməsi məqsədilə yalnız müxalif mövqeli QHT-lərlə deyil, eyni zamanda müxtəlif siyasi görüşləri paylaşan, ən fərqli düşüncədə QHT-lərin məlumatlarına da istinad edilməlidir”.

 

Digər həmsədr Rəfail Becanov qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti sektorunun böyük bir qismi beynəlxalq təşkilatlarla əlaqələrdən təcrid edilib: “Səbəb beynəlxalq təşkilatların bəzi yerli QHT-lər tərəfindən inhisara alınması, eyni zamanda beynəlxalq təşkilatların da yalnız onların maraqlarını ifadə edən təşkilatlarla əlaqə qurmaqda maraqlı olmasıdır. Beynəlxalq təşkilatlar bütün vətəndaş cəmiyyəti sektoruna açıq olmalıdır”.

 

Tədbir mövzu ilə bağlı müzakirələrlə davam etdirilib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR