Bank Of Baku

“Son zəng” günü Azərbaycanda havanın temperaturu 32 dərəcəyədək yüksələcək

“Son zəng” günü Azərbaycanda havanın temperaturu 32 dərəcəyədək yüksələcək
# 30 may 2013 09:48 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 14-19, gündüz 25-30 dərəcə isti olacaq.


Azərbaycanının əksər rayonlarında da mayın 31-də gündüz əsasən yağmursuz hava olacağı, lakin gecə bəzi dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 13-18, gündüz 25-30, bəzi yerlərdə 32 dərəcəyədək isti, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.

 

Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü əksər meteohəssas insanlar üçün əlverişlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR