Bank Of Baku

“Son zəng” tədbirləri ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “qaynar xətt”inə müraciətlər daxil olmayıb

“Son zəng” tədbirləri ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “qaynar xətt”inə müraciətlər daxil olmayıb
# 31 may 2013 10:57 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Bakıda “son zəng” tədbirləri ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) “qaynar xətt”inə müraciətlər daxil olmayıb. BŞTİ-nin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı APA-ya açıqlamasında deyib ki, Bakının bütün orta məktəblərində “Son zəng” tədbirləri saat 10.00-da başlayıb: “”Son zəng” tədbirlərinin nə zaman bitəcəyi ilə bağlı İdarənin təlimatı yoxdur. Təhsil İdarəsinə  daxil olan məlumatlara əsasən, artıq Bakının orta məktəblərinin 80 faizində “son zəng” tədbirləri yekunlaşıb. Heç bir insident baş verməyib. Məktəblərin 20 faizində isə “son zəng” hələ də davam edir”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR