Bank Of Baku

® «Garant Holding» oruc tutanları iftar süfrəsinə dəvət edir - FOTOSESSİYA

<font color=red>® </font>«Garant Holding» oruc tutanları iftar süfrəsinə dəvət edir  - <span style="color: red;">FOTOSESSİYA
# 05 avqust 2013 09:00 (UTC +04:00)

Holdinqdən «APA-Economics»ə verilən məlumata görə, avqustun 4-də svetofor və dayanacaqlarda insanlara su və xurma  paylanması ilə yanaşı, «Elmlər Akademiyası» metro stansiyasının yaxınlığında qurulan çadırda iftar açanlara yüngül yemək ikram olunub. Yarım saat ərzində 250 insanın qonaq olduğu mərasim holdinq əməkdaşlarının iştirakı ilə reallaşıb.

 

Sözügedən Ramazan aksiyası «Garant Holding»in Direktorlar Şurasının sədri Anar Məmmədovun təşəbbüsü ilə ənənəvi səciyyə alıb. Bu il aksiya müvafiq qurumların dəstəyi ilə daha da genişlənib. Belə ki, çadırların qurulduğu ərazinin aid olduğu müvafiq icra hakimiyyəti orqanları bu xeyirxah mərasimin keçirilməsində öz dəstəyini əsirgəməyib.  Aksiyanın dördüncü günündə «Elmlər Akademiyası» metro stansiyası yaxınlığında çadırın qurulması «Garant Holding»in Yasamal Rayon İcra Hakimiyyəti ilə birgə səyi nəticəsində ərsəyə gəlib.

 

Aksiyanın altıncı günü, yəni avqustun 6-da yenə sözügedən icra hakimiyyətinin dəstəyi ilə növbəti çadır «Nizami» metro stansiyasının qarşısında qurulacaq. Saat 21:00-dan etibarən iftarını açmağa hazırlaşan hər kəs bu süfrəyə qonaq ola bilər. Bununla yanaşı, aksiya bu gün şəhərin 10 nöqtəsində svetofor və dayanacaqlarda su və xurma paylanması ilə davam edəcək. Sözügedən aksiyada holdinqin baş ofisi daxil olmaqla, 9 şirkətin - «Qarant Sığorta», «Azbentonit», «M-Trans», «Royal Estate», «Ucar Aqro», «Avtomedia», «AzPOD», «Transeurocom», «Meridian Hotel»in əməkdaşları iştirak edir.

 

Aksiya keçiriləcək nöqtələr:

Şirkət

Lokasiya

«Garant Holding»

R.Behbudov və Bakıxanov küç. kəsişməsi

«Qarant Sığorta»

C.Cabbarlı, 44

«Avtomedia»

«Elmlər Akademiyası» metro stansiyası

«M-Trans»

Avtovağzal

«Royal Estate»

«20 Yanvar» metro stansiyası

«Transeurocom»

«28 Mall» alış-veriş mərkəzi

«Ucar Aqro»

Vaqif pr.

«Azbentonit»

Xırdalan dairəsi

«AzPOD»

«Nərimanov» metro stansiyası

«Meridian»

«Azneft» dairəsi

 
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR