Bank Of Baku

«Təmiz Şəhər»in tullantı kalkulyatoru əhali arasında böyük marağa səbəb olub

«Təmiz Şəhər»in tullantı kalkulyatoru əhali arasında böyük marağa səbəb olub
# 12 fevral 2013 09:29 (UTC +04:00)

 

Bakı – APA-Economics. «Təmiz Şəhər» ASC tərəfindən tullantıların azaldılması sahəsində uzunmüddətli maarifləndirmə proqramı çərçivəsində keçirilən «Tullantı Kalkulyatoru» layihəsi ölkə üçün yenilik olub.

 

ASC-dən «APA-Economics»ə verilən məlumata görə, İKT ili ərzində əhali arasında elektron xidmətlərdən istifadəyə marağın artırılması baxımından böyük əhəmiyyətə malik olan layihə ətraf mühitin müdafiəsi ilə bağlı maarifləndirməni gücləndirilməsinə xidmət edir. Tullantıların idarə olunması sahəsində unikal bir layihə olan tullantı kalkulyatorunun əsas məqsədi ətraf mühitin mühafizəsi sahəsində əhalinin məlumatlılıq səviyyəsini artırmaqla yanaşı, həmçinin Yer kürəsində iqlim dəyişikliyinin qarşısının alınmasına yardımçı olmaqdır.

 

Ötən ilin oktyabr ayından istifadəyə verilmiş kalkulyator vasitəsilə yüzlərlə vətəndaş hər gün atdıqları tullantıların ətraf mühitə təsirini qiymətləndirib və istilik effekti yaradan qazların miqdarını hesablayıb. İstənilən yerdə olarkən gündəlik həyatda «Tullantı Kalkulyatoru»ndan istifadə edərək ətraf mühitə hansı dərəcədə təsir göstərdiklərini aydın şəkildə görmək və izləmək, əhalini ətraf mühitə daha məsuliyyətli yanaşmağa təşviq edir.

 

Qeyd edək ki, 2012-ci ilin oktyabr ayından etibarən «Təmiz Şəhər» ASC tullantıların azaldılması sahəsində uzunmüddətli maarifləndirmə proqramına start verib. Proqramın əsas məqsədi ehtiyacdan artıq istehlakın qarşısını almaq və tullantıların azaldılması ilə əhalinin ətraf mühitin mühafizəsində daha aktiv iştirakını təmin etməkdir. Maarifləndirmə proqramı çərçivəsində «Tullantı kalkulyatoru» və «Bərk məişət tullantılarının idarə edilməsinə  dair terminoloji lüğət»  layihələri və ictimai maarifləndirmə aksiyaları keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR