Bank Of Baku

Aynur Sofiyeva Brazilyada keçirilən Uşaq Əməyi üzrə III Qlobal Konfransda iştirak edib

 Aynur Sofiyeva Brazilyada keçirilən Uşaq Əməyi üzrə III Qlobal Konfransda iştirak edib
# 11 oktyabr 2013 16:01 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Brazilyada keçirilən Uşaq Əməyi üzrə III Qlobal Konfransa qatılıb. Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda BMT-yə üzv ölkələrin uşaq məsələləri üzrə fəaliyyət göstərən qurumlarının  ekspertləri, o cümlədən  bu məsələlər üzrə məsul nazirləri  iştirak ediblər. Konfransda Beynəlxalq Əmək Təşkilatının  182 saylı Konvensiyasına uyğun olaraq 2016-cı ilə qədər   uşaq əməyinin istismarının aradan qaldırılması sahəsində  müzakirələr aparılıb, ölkələr və regionlar arasında  təcrübə mübadiləsini genişləndirmək  və uşaq əməyinin əs pis formalarının aradan qaldırılması sahəsində əməkdaşlığı  gücləndirmək təklif olunub.

 

A. Sofiyeva da mövzu ətrafında çıxış edərək konfrans iştirakçılarına Azərbaycanın bu sahədə həyata keçirdiyi  işlər  və əldə etdiyi nailiyyətlər, eləcə də ölkəmizdə uşaq hüquqları sahəsində mövcud qanunvericilik  barədə məlumat verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR