Bank Of Baku

Azərbaycanda etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 360 əcnəbi saxlanılıb

 Azərbaycanda etibarsız sənədlərlə  yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 360 əcnəbi saxlanılıb
# 12 dekabr 2012 16:30 (UTC +04:00)

 

 

Bakı. Etibar Məmmədov-APA. Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən dekabrın 3-dən 8-nə kimi Bakı şəhərində qanunsuz miqrasiyaya qarşı müvafiq tədbirlər keçirilib. DMX-dən APA-ya verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində 360 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən ölkədə olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyənləşdirilib. Saxlanılan əcnəbilər arasında Pakistan, Özbəkistan, Türkiyə və Gürcüstan vətəndaşları üstünlük təşkil edib.

 

Həftə ərzində inzibati xəta törətmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərdən 265 nəfəri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1.1-ci maddəsi (Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, habelə qeydiyyatsız yaşamasına), 63 nəfəri 339.1.2-ci maddəsi (etibarsız sənədlərlə Azərbaycan Respublikasının ərazisində olmasına və ya yaşamasına), 27 nəfəri isə 339.1.4-cü maddəsi (işə düzələrkən qanunvericilikdə müəyyən edilmiş qaydaları pozmasına) ilə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğində cərimə olunublar.

 

Həmçinin işə götürənin ölkə qanunvericiliyinin tələbləri pozulmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının qarşısının alınması məqsədilə DMX əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən bir sıra sahibkarlıq subyektlərində yoxlamalar aparılıb. Keçirilən tədbirlər nəticəsində 4 sahibkarlıq subyektində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması halları aşkar edilib və müvafiq sənədlər tərtib olunub.

 

DMX tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında müvafiq tədbirlər davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR