Bank Of Baku

Bakıda sürüşmə və əzilmə nəticəsində təxminən 40 nəfər xəsarət alıb

 Bakıda sürüşmə və əzilmə nəticəsində təxminən 40 nəfər xəsarət alıb
# 01 fevral 2014 08:32 (UTC +04:00)

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya açıqlamasında bildirib ki, onlardan 29 nəfəri xəstəxanalara yerləşdirilib.


Onun sözlərinə görə, gündüz zədələnənlər arasında qadınlar, gecə isə kişilər üstünlük təşkil edib: “Xəsarət alanlardan 3-4 nəfəri xəstəxanaya aparılmayıb, 2 nəfər evə aparılıb, 3 nəfərə yerində yardım edilib. Ciddi xəsarət alanlar isə xəstəxanaya yerləşdirilib”.

 

Z.Vahidova deyib ki, müraciətlər Xəzər və Pirallahı rayonundan başqa, Bakının bütün rayonlarından daxil olub: “Bundan başqa, bizə Yasamal, Xətai və Sabunçu rayonlarından ümumi soyuqlama diaqnozu ilə küçədə yaşayan (yaşayış yeri məlum olmayan) 3 nəfər üçün müraciət daxil olub. Onları da aşağı ətrafların donma diaqnozu ilə xəstəxanalara yerləşdirmişik”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR