Bank Of Baku

Elçin Quliyev qərb bölgəsində vətəndaşları qəbul edib - APA TV

 Elçin Quliyev qərb bölgəsində vətəndaşları qəbul edib - <span style="color: red;">APA TV
# 06 avqust 2013 12:14 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyev Şəmkir rayonunda vətəndaşları qəbul edib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, qəbul bu gün  Şəmkir Sərhəd  Dəstəsində  keçirilib. Qəbulda Şəmkir, Qazax, Ağstafa  və Samux  rayonlarının sakinləri iştirak edib, 25-dən çox sakinin şikayət və təkliflərinə baxılıb.

Qəbulda əsasən sərhədyanı ərazilərdə təsərrüfat işləri zamanı ortaya çıxan problemlər, sərhədyanı meşələrin ciddi mühafizə olunması, mənzil və torpaq sahələri ilə təmin olunma, eləcə də Sınıq Körpü ərazisində torpaq sahəsinə görə kompensasiyaların ödənilməsi, sosial yardımlar və digər məsələlərlə bağlı müraciətlər olub. Görüşdə  müraciətlərin əksəriyyəti yerindəcə həll edilib, bəzi  məsələlərin araşdırılacağı və tədbirlər görüləcəyi bildirilib. Elçin Quliyev vətəndaşların problemlərinin diqqətlə araşdırılması və qanunvericiliyə uğun operativ şəkildə həll olunmasına tapşırıq verib.

 

Həmçinin DSX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırmaq üçün qeydiyyata alınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR