Xaçmaz. Vəli Turan – APA. Ötən gün ölkə ərazisində müşahidə olunan qeyri – sabit hava şəraiti şimal bölgəsində bir sıra problemlər yaradıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz, Quba və Şabran rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb. “Xaçmaz Regional Elektrik Şəbəkə” MMC-dən verilən məlumata görə, bir çox ərazilərdə yaranan problemlər aradan qaldırılıb və bu istiqamətdə işlər davam etdirilir.
Quba Regional Hidrometeorologiya Mərkəzindən APA-ya verilən məlumata görə, regionda ən çox yağıntı Quba, Nohurdüzü, Rustov, Təngəaltı istiqamətinə düşüb. Bu ərazilərdə yağıntının miqdarı 25 mm-ə çatıb. Şimal bölgəsində keçən çaylarda suyun səviyyəsi 6-7 sm artıb.