Bank Of Baku

"İRƏLİ" Gənclik Mərkəzində “Maliyyə Planlaması” layihəsinin bağlanış mərasimi keçirilib

"İRƏLİ" Gənclik Mərkəzində “Maliyyə Planlaması” layihəsinin bağlanış mərasimi keçirilib
# 29 avqust 2013 09:22 (UTC +04:00)

Bakı-APA. "İRƏLİ" Gənclik Mərkəzində “İRƏLİ” İqtisad Mərkəzi və “Yukor” MMC Şirkətinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Maliyyə Planlaması” layihəsinin bağlanış mərasimi keçirilib. APA-nın məlumatına görə, “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev çıxış edərək layihə iştirakçılarını təbrik edib, rəy və təkliflərini dinləyib və gələcək karyeralarında uğurlar arzu edib.

 

“Yukor” MMC Şirkətinin təsisçisi Orxan Əmrahov öz çıxışında layihənin gedişatı barədə məlumat verib və layihənin uğurla yekunlaşdığını, iştirakçıların bu sahədə xeyli bilik əldə etdiklərini bildirib. Həmçinin Orxan Əmrahov layihənin bununla bitmədiyini, imtahandan uğurla keçən iştirakçıların  şirkətdə təcrübə keçdiklərini vurğulayıb.

 

Daha sonra layihəni uğurla bitirən iştirakçılara sertifikatlar təqdim edilib.

 

Qeyd edək ki, layihə ərzində iştirakçılara  mühasibat uçotunun əsasları, mühasibat işlərinin Microsoft, Excell proqramında tətbiqi, şəxsi maliyyə planlaması kimi əhəmiyyətli təlimlər keçirilib, Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən vergilərin əmək haqqından tutulması qaydaları praktiki olaraq layihə iştirakçılarına öyrədilib.

 

Xatırladaq ki, layihə 18 aprel 2013 – 4 iyul 2013-cü il tarixlərini əhatə edib və əsas məqsədi maliyyə və mühasibat sahəsinə marağı olan və bu sahədə biliklərə yiyələnmək istəyən gənclərin gələcək karyeralarının qurulmasına köməklik göstərmək, gənc mütəxəssislər yetişdirmək olub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR