Bank Of Baku

Samuxda iki qadını ilan sancıb

 Samuxda iki qadını ilan sancıb
# 27 may 2013 13:59 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Qarabağlı kənd sakini, 1966-cı il təvəllüdlü Tacirə Əbilova özünə məxsus həyətyanı sahədə gəzərkən ilan sol ayağından sancıb. Qadın dərhal Samux rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Orada ona zərdab vurulduqdan sonra Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Başqa bir ilan sancma hadisəsi isə rayonun Sarıqamış kəndində qeydə alınıb. Kənd sakini, 1967-ci il təvəllüdlü Fərqanə Ələkbərova həyətyanı təsərrüfatında işləyərkən onu sağ əlindən ilan sancıb. Qadın dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun səhhətinin normal olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR