Bank Of Baku

Son 10 ildə Azərbaycanda piratçılıq halları azalıb

 Son 10 ildə Azərbaycanda piratçılıq halları azalıb
# 29 may 2013 11:51 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda aparılan ardıcıl tədbirlər nəticəsində son 10 ildə ümumdaxili məhsulda kreativ sənayenin payı 2 dəfədən çox artaraq 4,5%-ə yüksəlib. APA-nın xəbərinə görə, Azərbaycanın Müəllif Hüquqları Agentliyin sədri Kamran İmanov qurumun yaradılmasının 20 illik yubileyinə həsr olunan tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, ölkədə son 10 ildə piratçılığın səviyyəsi isə müxtəlif seqmentlər üzrə 9-28% aşağı düşüb: “Azərbaycan MDB məkanında əsərlərin könüllü qeydiyyat sistemini tətbiq edən ilk ölkələrdən biridir. Əsərlərin qeydiyyat sisteminin tətbiqinə 1996-cı ildən başlanılıb. Həmin vaxtdan indiyədək agentlikdə 9 minə yaxın əsər qeydiyyat keçirilib. Qeydiyyat elektron qaydada da aparılır. Bununla əlaqədar olaraq xüsusi “Elektron xidmət” bölməsi yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR