Bank Of Baku

"Statoil" "Şahdəniz" və Cənubi Qafqaz qaz kəməri layihəsində iştirak payının 10%-ni satıb

"Statoil" "Şahdəniz" və Cənubi Qafqaz qaz kəməri layihəsində iştirak payının 10%-ni satıb
# 06 may 2014 14:05 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Norveçin “Statoil” neft şirkəti “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi və Cənubi Qafqaz qaz kəməri layihəsində iştirak payının 10%-ni satıb.

 

“Statoil”in yaydığı məlumata görə, sövdələşmənin ümumi dəyəri 1,45 mlrd. ABŞ dolları təşkil edib.

 

Sövdələşmə nəticəsində “Statoil” şirkətinin Azərbaycandakı aktivlərinin 6,7%-ni Azərbaycan Dövlət Neft Şirkəti, 3,3%-ni isə BP şirkəti əldə ediblər.

 

Qeyd edək ki, əməliyyat nəticəsində "Şahdəniz" layihəsinin iştirakçılarının payları aşağıdakı kimi bölünüb: BP (28,8%), ARDNŞ (16,7%), "Statoil" (15,5%), "Total" (10%), Lukoil (10%), NIKO (10%) və TPAO (9%).

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR